21 Oktyabr 2019 13:55
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq on gündür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir.

Teleqraf.com xəbər verir ki, artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.

Bunun üçün həmin valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayıb. Yəni doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunub.

Birdəfəlik müavinət təyin edildikdən sonra bu barədə onlara sms-məlumat göndərilib.


Müəllif: İmamət İsmayılova