Teleqraf.com dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir
Qoç - gün ərzində fəal çalışıb, sonra dincələ bilərsiniz. Amma əyləncə hisslərinə və istəklərinə qapılmayın. İnsanların çox olduğu yerlərdə vaxt keçirmək fikrinə düşməyin.
Şəxsi həyatda təmkinli, ağıllı və müdrik davranın.
Maliyyə imkanlarını olduğundan artıq dəyərləndirib bədxərclik etməyə, özünüzü pula pul deməyən adam kimi göstərməyin.
Buğa - neytral gün olacaq. Təsərrüfat işlərini və ümumiyyətlə, bütün mühüm işləri günün ilk yarısında görməyə çalışın. Hadisələr öz axarı ilə, təxminlənən məcrada inkişaf edəcək.
İşdə təmaslar və söhbətləriniz asan alınacaq, nəyisə müzakirə etmək fikrinə düşsəniz, məqsədinizə çatacaqsınız. Anlaşma əldə etmək asandır.
Bununla belə, böyük ümidlər bəslədiyiniz mühüm işi bu gün gerçəkləşdirməyə çalışmayın.
Əkizlər - bu gün işlər çox olsa da, bir qədər rahatlaşacaq, özünüzü asudə hiss edəcəksiniz. Gün keçdikcə, işlərinizi idarə edəcək və anlayacaq ki, insan şərtlərdən yox, şərtlər insandan asılıdır.
Səhər saatlarından etibarən sizə mane olmağa çalışan insanların əməllərini, onların işlərinizə təsirlərini hiss edəcəksiniz. Üstəlik, bəzi adamlar öz problemləri və emosiyalarını, dərd və yaşantılarını sizə yük etməyə çalışacaqlar.
Xərçəng - səhər saatlarında bütün diqqətinizi çoxdan bəri planlaşdırdığınız işə yönəldin. Problemlərdən qaçmayın, çünki onlardan uzaqlaşmaq problemləri həll etmək deyil.
Münaqişə və mübahisələrə qatılmayın, anlaşılmazlıqlar yaratmayın.
İşlərin əksəriyyətini günün ilk yarısında görə bilsəniz, günün ikinci hissəsini bir qədər rahat keçirə bilərsiniz.
Axşam saatlarında zamanı boşuna keçirməyə çalışmayın.
Şir - bu gün görəcəyiniz ən yaxşı iş özünüz olmaqdır. Yaxın ətrafınızı davranışınız, zəhmətkeşliyiniz, əməksevərliyiniz və səmimiyyətinizlə sevindirin. Hətta bədxahlarınız belə, sizin qarşınızda duruş gətirə bilməyəcəklər. Onların bəzilərini öz tərəfinizə çəkməyə çalışın.
Romantik əlaqələr üçün yaxşı gündür. Sizdən tələb olunan yeganə məqam layiqli insanı tapmaqdır.
Tələsməyin. Müşahidə və müqayisə edin, nəticə çıxarın. Yaşlı qohumların məsləhətlərinə qulaq asın.
Qız - adi işlərlə məşğul olmaq, gündəlik və rutin qayğıları çözmək üçün əlverişli gündür. Başgicəlləndirici uğurlar gözləməyin. Bununla belə, əvvəl başladığınız və bu gün başa vurduğunuz işə görə ədalətli mükafat ala bilərsiniz. Gərgin rəqabətə hazır olun - bu mübarizədə qalib gəlmək asan deyil. Nüfuzlu və güclü insanın dəstəyi yerinə düşər, faydalı olar.
Yaxın insanlarla, dostlarla, ailə üzvləri ilə dil tapmaq asan olmayacaq. Anlaşılmazlıqlar ciddi səviyyəyə çata bilər. Xırdalıqlara və detallara çox fikir verməyib, diqqəti mühüm məsələlərə yönəldin.
Tərəzi - bu gün ən kiçik detalları nəzərə alın, hadisələrin bütün inkişaf məcralarını nəzərdən keçirin. Planlarınızı uzunmüddətli və perspektivli edin. Sizə yardım və dəstək üçün müraciət edəcəklər. Bu, nüfuzunuzun artmasına dəlalət edir.
İşdə kiçik qələbələr və uğurlar olacaq. Şəxsi həyatda isə ciddi irəliləyişlər gözləməyin. Hisslərinizi dəqiq ayırd edə bilmədiyiniz üçün sinirlisiniz.
Tələsməyin. Baş verənləri, yaşananları aramla gözdən keçirin, onların virtual siyahısını tutun, sonra siyahıya diqqətlə baxın. Belədə, narahatlığın gerçək səbəbini tapa bilərsiniz.
Əqrəb - sevdiyiniz insana olan hissslərinizi bu gün təzahür etdirməyin, təvazökar olun.
Yaxşı tanımadığınız insanlarla münasibətlərdə sərvaxt olun. Dostlar və yaxın insanlarla söhbət zamanı onların demək istəmədiklərini mütləq, nəyin bahasına olursa-olsun, öyrənməyə çalışmayın.
Dəyər verdiyiniz insan barədə acı həqiqəti ona dərhal söyləməyin.
Oxatan - iş axtaranlar elanlara və dostların məsləhətlərinə inanmasınlar. İşi özünüz tapın. İş yeri və imkanı olanlar isə səhər saatlarını qənimət bilərək günortaya qədər maksimum məhsuldarlıqla çalışsalar, pis olmaz.
İşgüzar olun, təsadüfi maneələr və ya bədxahlarınızın eyhamlarına, yalnız uğursuzluğunuzu istəyən şəxslərin atmacalarına aldanmayın, belə sözlərə sinirlənməyin.
Dostunuzun yeni planı və ya rəqibinizin qəribə davranışı sizi təəccübləndirə bilər. Narahat olmayın, bütün bunlar yaxşılığa doğru dəyişikliklərdir.
Oğlaq - səhər saatları işgüzar verilişlər, avtoservisə baş çəkmək, gəzinti və iş səfəri, tərəfdaşlarla və ya şəriklərinizlə danışıqlar üçün əlverişlidir.
İmkan, bilik və ya bacarıqlarınızı artırmaq üçün gərəkli informasiya mənbəyini, ya da lazımlı adamı arayıb tapın.
Axşam saatları evdəki şəraitin nə yerdə olduğunu aşkar göstərəcək.
Dolça - səhər saatlarında işlərin çoxluğu sizi bir qədər narahat edə bilər. Rutin işlərlə özünüzü yükləməyin, əks təqdirdə səhhətinizdəki problem ağırlaşa bilər.
Günün ikinci yarısında iş tempini bir qədər aşağı salın. İllah da ki, qarşınıza qoyulan şərt və tələblərdə dəyişikliklər olacaq.
Qarşılıqlı münasibətlər, əməkdaşlıq, maraqların balansına xüsusi diqqət yetirin.
Axşam saatları emosiyaların izharı üçün əlverişli vaxt deyil.
Balıqlar - bu günə yeni qərar, yeni plan və ya yeni layihə ilə başlamayın. Belə olarsa, yeniliyə marağınız tezliklə azalacaq və ya ümumiyyətlə, heç nə alınmayacaq.
Günün ikinci yarısı daha məhsuldar olacaq.
Bu vaxtda başqalarının sizə sırımağa çalışdıqları avantüralara yox, əsl işlərə, qarşınızda duran məqsədlərə diqqət verəcəksiniz.
Bəzi hadisələr və ya xəbərlər qeyri-adi, paradoksal təsir bağışlaya bilər.
Milli.Az