12 Noyabr 2019 15:54
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada ən çox spirtli içki istehlak edən ölkələr açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) hesabatında bildirilib.

OECD-in 2019-cu il hesabatında Litva gündəlik 12.3 litrlə siyahının başında yer aldığı halda 11.8 litrlə Avstriya ikinci, 11.7 litrlə Fransa üçüncü yerdədir.

Siyahın ilk beşliyində Çexiya (11.6) və Lüksemburq (11.3) yer alır.

Adambaşına orta hesabla 11.2 litr spirtli içki istehlak edən Latviya və İrlandiya altıncı, Macarıstan və Rusiya isə 11.1 litrlə yeddinci yeri bölüşür.

İlk onluğa Almaniya (10.8 l), Portuqaliya (10.7 l) və Polşa (10.6 l) da girməyi bacarıb.

Rusiyanın “ən çox spirt istehlak edən ölkə” olaraq göstərildiyi 2007-ci ildən bəri bu göstəricidə xeyli azalma müşahidə olunub.

İndoneziya (0.3 l), Türkiyə (1.4 l), İsrail (2.6 l), Hindistan (3.0 l) və Kosta Rika (3.8 l) “ən az içən” ölkələrdir.

Hesabata görə, 2007-ci ildən bu yana ölkələr üzrə spirtli içki istehlakı əvvəlki illərlə müqayisədə xeyli azalıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər