5 Dekabr 2019 13:25
403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan bizim üçün strateji məsələdir. Biz 12-13 gün ərzində Gürcüstanda olduq. Orada kənd-kənd gəzdik. Artıq tam əminliklə deyə bilərik ki, orada hansı problemlər mövcuddur.

Teleqraf.com-un məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, Təhsil Naziriyi və digər qurumlarla birlikdə fəaliyyət planı tərtib olunub:

“Bəzi dərsliklər çatmırdı. Bu işə nəzarəti gücləndirdik. Marneulidə böyük bir ərazidə Azərbaycan Gənclərinin İnteqrasiya Mərkəzi yaradıldı”.

F.Muradov qeyd edib ki, erməni diasporunun güclü olması şişirdilmiş məsələdir:

“Onlar üçün Ermənistan dövləti anlayışı yoxdur. Onlar ona görə döyüşmürlər ki, Cənubi Qafqazda bir Ermənistan dövləti var. Sırf korporativ maraqlar naminə döyüşürlər. Siz heç vaxt bir ermənidən Ermənistana qayıtmaq istədiyini eşidə bilməzsiniz. Ortada böyük bir oyun var. Bu oyunun qanunlarını onlar özləri müəyyən edir. İşin başında kilsə durur. Bütün fəaliyyəti kilsə koordinasiya edir. Həmçinin, bütün dünyanın aparıcı mətbuat orqnanlarında onların nümayəndələri var. “Böyük Ermənistan” desələr də, əslində merkantil maraqlar güdürlər, ya da bu yolla bizneslərini artırılar.

Biz onlarla hər yerdə toqquşuruq. Son illərdə daha çox toqquşuruq. Biz xəbərdarlığımızı etmişik. Bizim müqəddəs torpaqlarımızla, mədəniyyətimizlə bağlı tərxibatlar törədəcəklərsə, 10 qat cavablarını alacaqlar. Bu yaxınlarda Lüksemburqda keçirilən “Qarabağ-Düdelanj” oyununda da biz bunu gördük. O azərbayacanlıları ora heç kim göndərməmişdi. Onlar özləri getdilər və təxribata cavab verdilər”.

F.Muradov hazırda erməni diasporu ilə daha təmkinli, emosiyasız və nəticəyönümlü mübarizə aparıldığını vurğulayıb:

“Onu da deyim ki, Türkiyədə 48 erməni vəqfi qeydiyatdan keçib. Vəqfin səlahiyyəti QHT-lərin səlahiyyətindən daha genişdir. Vaxtilə İhsan Doğramacı Vəqfi yaradılmışdı. Bu yaxınlarda biz onun yenidən qeydiyyatdan keçməsi ilə bağlı müraciət etdik. Vəqfin fəaliyyəti yenidən quruldu. Professor Aygün Attar onun idarə heyətinin sədri seçildi. Həmçinin, Ankarada Azərbaycan Evi təsis olundu”.


Müəllif: Səxavət