Tanınmış aktyor Elməddin Cəfərovun səhhətində problemlər yaranıb.
Bu barədə ATV-də yayımlanan "7 canlı” proqramında yayımlanan sujetdə bildirilib. Məlumata görə, aktyor özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib.
Ardınca canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib: "Üz sinirim iltihablaşıb. Nəticədə, qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”./Publika.az/