6 Fevral 2020 13:36
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda koronavirus şübhəsi ilə qospitalizasiya olunan şəxslər 1 saylı Kliniki Tibbi Mərkəzdə 8-ci korpusun Yoluxucu xəstəliklər-2 şöbəsində saxlanılırlar.

Bu barədə xəstəxanada olan Teleqraf.com-un müxbirinə bildirilib.

Xəstəxanadan hər hansı əlavə məlumat almağın qeyri-mümkünlüyü vurğulanıb, bütün informasiların Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra yayıldığı qeyd edilib.

Xəstələrə baxan müvafiq həkimlə danışmaq üçünsə baş həkimin icazə alınması şərti qoyulub.

Baş həkimin köməkçisi onun hazırda yerində olmadığını deyib və əlavə məlumat verməkdən imtina edib: “Biz nazirliyə tabeyik. Bütün məlumatlar birbaşa olaraq nazirliyin mətbuat xidmətinə bildirilir”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə 8-ci korpusun Yoluxucu xəstəliklər-2 şöbəsindən bir nəfər evə buraxılıb. Hazırda yoluxucu xəstəliklər şöbəsində 6 nəfər saxlanılır: “Olanların səhhətində ciddi problem aşkarlanmayı və həkim müşahidələri davam edir. Xəstələr 14 gün inkubasiya dövrü adlanır ki, bu müddətdə karantində saxlanılırlar. 14 gün bitdikdən sonra digər 6 nəfər də evə buraxılacaq”.

Xatırladaq ki, müşahidə altında saxlanılan vətəndaşlarımız Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar və xəstə şəxslərlə təmasda olmayıblar.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər