28 Fevral 2020 16:58
1 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Şamaxı Astrofizika Rəsədxanasında İqor Kosyagin və Sergey Mironov adı altında yayılan məlumatlarla bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov çıxış edərək bunları deyib:

“Qondarma “şəxslər” tərəfindən rəsədxana haqqında həqiqəti əks etdirməyən məlumatlar yayılıb. Son illərdə nail olduğumuz beynəlxalq elmi əməkdaşlıq imkanlarından yararlanaraq, rəsədxanada aparılan elmi işləri keyfiyyətcə daha yüksək mərhələyə qaldırmaq üçün çalışdığımız bir vaxtda bu cür əsassız və şər dolu ittihamlarla üz-üzə qalmağımız çox məyusedici haldır. Saxta İqor Kosyagin və Sergey Mironov adları altında fəaliyyət göstərən naməlum şəxslər və ya şəxs 15 sentayabr 2016-cı ildə ŞAR-ın direktoru tərəfindən Elmi Şuranın qəbul etdiyi qərar əsasında imzalanmış 188 saylı Əmrə istinad edərək, öz qüsurlu şərhləri ilə Azərbaycan, rus və ingilis dillərində özünün qeyd etdiyi kimi, 2000-dən artıq ünvana, o cümlədən ŞAR-ın beynəlxalq səviyyədə elmi tərəfdaşlıq etdiyi institutlar və alimlərin elektron poçt ünvanlarına, xarici ölkə səfirliklərinə müraciət ünvanlayıb. Qondarma İqor Kosyagin və Sergey Mironov aysberqin görünən hissəsidir, əslində bu əsassız ittihamlar ilk dəfə ŞAR-ın ünvanına onun keçmiş əməkdaşı Yanoş Məhərrəmov tərəfindən mediada ictimailəşdirilib. Bu faktlar artıq bir institutun imicinin zədələnməsi olmayıb, bilərəkdən saxta məlumatlar yaymaqla respublika elminin aşağılanması, ölkənin elm siyasətinə, eləcə də bütünlüklə ölkənin imicinə vurulan ağır zərbədir”.

N.Cəlilov bu mövzuya görə özünün və ailəsinin ölümlə hədələndiyini bildirib:

“Bir ay ərzində ailəm evdən çölə çıxa bilmədi. Bu müddət ərzində qardaşımın bağında yaşamışıq. Ailəmi ölümlə hədələyirdilər. Mənə deyirdilər ki, Yanoşu təcili işə götürməli, doktorluq diplomu verməlisən. Onun böhtanları 30-dan çox saytda yayımlanıb. Gecə saatlarında bura qadınlar gətirirdilər. Müəyyən çəkilişlər aparıb, bunu da mənim adımla əlaqələndiriblər”.

Daha sonra ŞAR-ın elmi katibi astronomiya üzrə fəlsəfə doktoru Orxan Xəlilov Yanoş Məhərrəmovla bağlı konfliktin faktiki sənədlərə əsaslanan tarixçəsi barədə qonaqlara məlumat verib və bəyanatı oxuyub.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi olmuş f.ü.f.d., dosent Məhərrəmov Yanoş Mahmud oğlu gecələr rəsədxanaya əxlaqsız qadınların gətirilməsi barədə ittiham irəli sürmüşdü.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər