Elton Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsindən azad edilib.
Bununla bağlı AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq əmr imzalayıb.
R.Mehdiyevin digər əmri ilə “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsinə, AMEA-nın müşaviri, akademik Əli Abbasov təyin edilib.
Akademiyadan "Report"a bildirilib ki, E.Məmmədov AMEA-nın İşlər İdarəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Ə.Abbasovla ilk xəbəri unikal.org yayıb./Report/