24 Mart 2020 01:35
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Koronavirusa (COVİD-19) qarşı mübarizəyə dəstək kampaniyasına qoşulub.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakimləri və Aparatın məsul əməkdaşları Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, koronavirus (COVİD-19) infeksiyasına yoluxma hallarının qarşısının alınması, onunla mübarizə istiqamətində dövlətin həyata keçirdiyi təhlükəsizlik, preventiv və profilaktik tədbirləri dəstəkləyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna öz əmək haqqları hesabından 100 min manat məbləğində vəsait köçürülməsi barədə qərar qəbul ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər