2 Aprel 2020 18:25
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondu ölkədə davam edən xüsusi karantin rejimində xalqımızın yaşlı nümayəndələrinə dəstək məqsədilə “Həyatın dəyərlidir! Evdə qal, Azərbaycan" sosial layihəsinə start verib.

Fonddan Teleqraf.com-a bildirilib ki, əhaliyə sağlamlıqlarının qorunması naminə evdən çıxmamaları, evdə qalmaları ilə bağlı çağırışların yer aldığı bu layihəyə Azərbaycanın tanınmış simaları da qoşulub.

Belə ki, layihənin ilk günü Xalq artisti Aygün Kazımova 103 yaşlı Xədicə nənənin virtual qonağı olub və ona öz hədiyyəsini təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər