Yanvar ayının erkən dövrlərində ölkəmizin ərzaq tədarükünun təmin olunması ilə bağlı zəruri tapşırıqlar verilib.
Teleqraf.com xəbər verir ki, bunu bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentin köməkçisi Hikmət Hacıyev deyib:
"Azərbaycanda bir daha şahidi olduq ki, ərzaq qıtlığı baş vermədi. Beynəlxalq tərəfdaşlarımızla idxal-ixrac davam edir. 5 mindən artıq yük maşını sərhəddən keçirilib. Bütün kompleks tədbirlər hazırlanıb".
Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, 3 aylıq ərzaq ehtiyatı var:
"Hətta 6 aya qədər ehtiyat görülüb. Pandemiya dövründə iqtisadi itkilərə məruz qalanlara yarım milyarda qədər kreditlər veriləcək. Bu kreditlərin yarısı dövlət hesabına ödəniləcək.
Kənd təsərrüfatı işçiləri ilə bağlı yaxın günlərdə qəbul olunmuş təlimata əsasən, təsərrüfatçılara sərbəst fəaliyyət azadlığı verilib. Ərzaq bazarında cüzi dalğalanmalar mövsümlə əlaqədar ola bilər".