"2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib".
Teleqraf.com-un məlumata görə, bunu baş nazir Əli Əsədov Milli Məclisdə, hökumətin hesabatını təqdim edərkən deyib.
"Məqsədimiz 2020-ci ildə də qiymət artımının ötənilki səviyyədə saxlamaqdır", - o qeyd edib.
Bundan başqa, hökumət başçısının sözlərinə görə, ötən il ölkədə işsizliyin səviyyəsi 4,8% olub ki, bu da olduqca yaxşı göstərici hesab edilir:
"2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”.