Dünyada minlərlə insanın ölümünə səbəb olan koronavirus infeksiyası qadınlarla müqayisədə kişilərə daha tez yoluxur.
Teleqraf.com xəbər verir ki, Çin, Fransa, İngiltərə, İtaliya və Türkiyədə rəqəmlər eyni nəticələri göstərir.
İnfeksiyanın ən yüksək risk qrupunda ilk növbədə 50 yaşdan yuxarı kişilər yer alır. Xəstəliyə yoluxub, ağır formada keçirən və yaşaya bilməyənlərin də əksəriyyəti bu insanlardır. Bu yaş qrupuna daxil olanların virusa daha tez yoluxma səbəbləri isə bunlardır:
- Siqaret çəkmək infeksiyaya yoluxma riskini 14 qat artıra bilər. Siqaret çəkən kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur.
- Diabet xəstələri, təzyiq, xroniki xəstəliklərin inkişafı kişilərdə eyni yaş qrupundakı qadınlara nisbətən daha yüksəkdir.
- Kişilərdə çəki problemi qadınlara nəzərən daha çox rast gəlinən problemdir.
- Bu yaş qrupundakı kişilərin stres idarəetmə bacarıqları da olduqca problemlidir.
- Yuxusuzluq bu yaş qrupuna daxil olanlar kişilərdə çoxdur.
- Kişilərdə düzgün qidalanmamaq və spirtli içkidən həddindən artıq çox istifadə etmə vərdişi var.
- Koronavirusda qorunmaq üçün immunitet sistemi güclü olmalıdır. Kişilərin immuniteti qadınlara nisbətən daha aşağıdır.