Alıcı Dilavərovla danışmışam, xəstəxanadan evə buraxılıb. İlk dəfə simptonları özündə hiss edəndə testin nəticəsi pozitiv çıxmışdı. Müalicə müddəti ərzində yenidən test edildi və nəticəsi neqativ oldu. Dediyinə görə, 14 gün karantin müddəti ərzində temperaturu olmayıb.
Bunu Teleqraf.com-a açıqlamasında 68 saylı Cəlilabad kənd seçki dairəsinin deputatı Elman Nəsirov deyib.
O bildirib ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini hazırda özünü yaxşı hiss edir: "Hər şey qaydasındadır. Ən əsası odur ki, artıq sağalıb. Yaxın müddətdə işinə qayıdacaq".
Xatırladaq ki, ötən ay Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovda koronavirus testinin nəticəsi pozitiv çıxmışdı.
***
13:34
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb.
O, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək./Report/