21 Aprel 2020 18:45
351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən evlərində sosial xidmətlə təmin olunan 15 000-dən çox tənha yaşlıya və tənha əlilliyi olan şəxsə sosial tərəfdaşlar tərəfindən ərzaq yardımları davam edir.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, bu ay həmin kateqoriyadan olan insanlara Bakıda və bölgələrdə ümumilikdə 25 mindən çox ərzaq payı verilib. Ərzaq yardımları sosial xidmətçilər və könüllülərlə birgə onların evlərinə aparılıb təqdim edilib.

Sosial tərəfdaşlar tərəfindən davamlı olaraq həyata keçirilən bu sosial aksiyalar həssas qruplardan olan vətəndaşların rifahına dəstək olmaqla, yaşlı nəslə diqqət və qayğı ilə yanaşılması, xeyirxahlıq kimi milli-mənəvi dəyərlərə sadiqliyi ifadə edir.

Aprelin sonuna kimi daha 30 mindən çox ərzaq payının verilməsi nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər