Gəncə şəhərində də tibb işçiləri arasında koronavirusa yoluxma halları qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib:
"Son günlər müvafiq təlimata ciddi əməl etmələri nəticəsində həkim və tibb işçiləri arasında koronavirusa yoluxma halı azalıb. Yoluxan həkimlər arasında vəziyyəti ağır olan yoxdur. 90 faiz tibb işçiləri sağalaraq evdə buraxılıb"