2 May 2020 16:30
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiya dövründə fəaliyyətinə icazə verilən bərbər və gözəllik salonlarının işləmə qaydası ilə bağlı təlimatlar təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, təlimatlara görə bu cür müəssisələr onlayn növbə qəbul sisteminin tətbiqini həyata keçirməlidir.

Qeyd olunub ki, iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalı, bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməli, xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır.

Eyni zamanda əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi məcburidir.

Bundan başqa, kosmetoloji xidmətlər zamanı xidmət göstərənin sipərik, tibbi maska və əlcəkdən istifadəsi məcburidir. Hər bir müştəri üçün ayrı dəsmallar istifadə olunmalıdır. Qayçı, ülgüc, təraş maşınlarının başlıqları və istifadə edilən digər alətlər mütləq dezinfeksiya edilməlidir.

Ülgüc, epilyasiya iynə ucları kimi deşici və kəsici alətlər tibbi tullantı qutusuna atılmalı və tibbi tullantı kimi ləğv edilməlidir. Qayçılar və ülgüc başlıqları yuyulduqdan sonra spirtlə təmizlənməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər