15 May 2020 17:58
877
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcazələrin ləğvi ilə postların ləğv olunması birbaşa Daxili işlər Nazirliyinin tabeliyindədir.

Teleqraf.com xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib:

"Nəzərə alaq ki, karantin rejimi davam etməkdədir. Bütün qaydalara nəzarət DİN-in ixtiyarındadır. Əgər adamların sayının artması daha çox nəzarət tələb etdiyini düşünsələr, ola bilər ki, postlar artırılsın" .

İbrahim Məmmədovun sözlərinə görə, idman tədbirləri ilə bağlı məsələ müzakirə olunur: "Mümkündür ki, növbəti mərhələlərdə bununla bağlı ictimaiyyətə məlumat verilsin".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər