Vətəndaşlar zəruri ehtiyaclarını bildikləri üçün apteklərdən ehtiyaclarını almalıdırlar.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in idarə heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib:
"Eyni zamanda, təcili tibbi yardım vasitəsilə dərmana ehtiyacı olan şəxslərə kömək ediləcək".
O qeyd edib ki, dəfn mərasiminə getmək istəyən şəxslər 102 xidmətinə müraciət edərək icazə ala biləcəklər: "SMS icazələrin tətbiqi zamanı sui-istifadə halları baş verirdi. Bu dəfə dərman, yaxud digər zəruri ehtiyaclar bəhanəsi ilə icazə istəmələrinin qarşısını almaq üçün ciddi nəzarət olunacaq".
Qurum rəsmini KİV nümayəndələrinə müraciət edərək, TV və radio qurumlarının yalnız məhdud sayda işçilərini işə cəlb etmələrini xahiş edib: "İşə getməsinə icazə verilən şəxslər fərdi avtomobildən istifadə edə biləcəklər. Eyni zamanda, avtomobil ayıra bilməyən qurumlar BNA-ya müraciət edərək, avtobus ayırmasını xahiş edə bilərlər".