9 İyun 2020 22:37
3 225
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yasamalda polisin keçirdiyi əməliyyatdan sonra ölkədə bəzi şəxslərin sabitliyi pozmaq istiqamətində atdığı addımlar tam nəzarətimizdədir.

Teleqraf.com xəbər verir ki, bunu "Axar.az"a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov deyib.

O qeyd edib ki, baş verən hadisələrlə bağlı araşdırmalar davam edir:

“Sosial şəbəkələrdə dövlətçiliyimiz, millətimiz əleyhinə provokativ xarakterli məlumatlar yayan, insanları kütləvi etirazlara sövq edən şəxslərin kimliyi bizə məlumdur. Bu şəxslər hazırda nəzarətdədir. Biz onların əsl məqsədlərini, niyyətlərini yaxşı bilirik. Qəti olaraq bildirim ki, şəxslər haqda əsaslı ölçülər götürüləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə təşkilatlanmış qrupun cəmiyyətdə aqressivliyi artırmaq üçün bütün vasitələrdən istifadə etdiyi haqda məlumat vermişdik.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər