Əgər digər rayonlarda da sərt karantin rejimi tətbiq edilsə - Məleykə Abbaszadə
Gələn həftə üçün imtahanların cədvəli açıqlanıb. Növbəti həftənin cədvəli isə gələn həftənin ortalarında elan olunacaq.
Teleqraf.com-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
Onun sözlərinə görə, bir həftədən sonra Naxçıvanda mütləq imtahan keçiriləcək: “İmtahan götürəcək heyətin ora göndərilməsi üçün xüsusi təyyarə sifariş etmişik, məsələ həll olunan kimi orada imtahan keçirəcəyik. Xüsusi karantin rejimi tətbiq olunmayan digər rayonlarda da imtahan keçirməyi nəzərdə tutmuşuq. Vəziyyət hər gün dəyişir, ola bilsin hansısa başqa rayonda da sərt karantin rejimi tətbiq olunsun. Biz qərarları qəbul edəndə mütləq Operativ Qərargahdan icazə alırıq. Əgər növbəti həftələrdə imtahan nəzərdə tutduğumuz rayonlarda sərt karantin rejimi tətbiq olunacaqsa, biz orada imtihan keçirə bilməyəcəyik, digər rayonlarda isə imtahat keçiriləcək. Amma vəziyyət dəyişir. Biz də vəziyyəti nəzərə alırıq”.
M.Abbaszadə bütün imtahanların tərkib hissəsinin 10 gün əvvəl müəyyənləşdiyini vurğulayıb.