3 İyul 2020 17:35
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mütəxəssislər payız aylarında daha diqqətli olmağımızı tövsiyə edirlər.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib:

"Payız aylarında koronavirusla mübarizə çətinləşə və ağırlaşmalar ola bilər. Buna görə biz daha diqqətli olmalıyıq. Əgər bu xəstəliyin qarşısını almasaq, onun öhdəsindən gələ bilmərik. Buna görə də gəlin sadə 3 qayda - tibbi maska, əl gigiyenasına və sosial məsafəyə əməl edək".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər