6 İyul 2020 00:39
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov Yeni Klinikaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva məlumat yayıb.

Deputat bildirib ki, koronavirusdan əziyyət çəkən professorun durumu haqda xəstəxana rəhbərliyi ilə müzakirələr aparıb:

“Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da 1 saat içində xəstəxanaya yerləşdiriləcək. TƏBİB və Təcili Tibbi Yardımın rəsmiləri ilə danışdıq, sağ olsunlar, dəstək göstərdilər.

İnanırıq ki, İdris müəllim və xanımı qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. Dualarınızı əskik etməyin. İdris müəllimə və dəyərli xanımına bir daha Allahdan şəfa diləyirəm”.

Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkədə professor İdris Abbasov klinikaya yerləşdirilməməsi haqda məlumat yayılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər