7 İyul 2020 16:17
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Yaponiyanın İmperatoru Naruhitoya başsağlığı verib.

Teleqraf.com-un xəbərinə görə, başsağlığında deyilir:

"Əlahəzrət, ölkənizin cənubunda baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər