24 İyul 2020 15:26
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Baş Prokurorluğu Azərbaycan tərəfinin istəyi əsasında Azərbaycan ərazisində cinayət törətməkdə təqsirləndirilənləri cinayət təqibi üçün təhvil verib.

Rusiya Federasiyası Baş Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, 3 nəfər xüsusi kanvoyun müşayiəti ilə Azərbaycan tərəfinə təhvil verilib.

Belə ki, Şirxan Abdullayev 2015-ci ilin mart ayında Gəncə şəhərində baş verən dava zamanı zərərçəkmişi bıçaqlamaqda, ona ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Elvin Cəfərov 2017-ci ilin martında Bakıda sifarişlə hərəkət etməklə, təhdid və zorakılıqlardan istifadə edərək bir nəfəri oğurlamaqda ittiham olunur.

Fuad Abbasov isə 2019-cu ilin iyun ayında Bakıda olarkən mübahisə zəminində tanışına ağır bədən xəsarəti yetirməkdə ittiham olunur.

Müttəhimlər cinayətləri törətdikdən sonra hüquq-mühafizə orqanlarından qaçıblar və onlar beynəlxalq axtarışa verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər