3 Avqust 2020 22:44
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları qapalı məkanlarda, eləcə də ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçirib.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, reyd zamanı şəhərdaxili marşrut avtobusları polis əməkdaşları tərəfindən saxlanılıb və fərdi tənəffüs yollarını qoruyan vasitələrdən istifadə etməyən şəxslərə karantin rejimi qaydaları izah olunub, onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək, cərimələniblər.

Reyd mağazalarda da davam etdirilib. Burada da tibbi maskadan istifadə etməyən bəzi satıcı və müştərilər aşkar olunub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər