Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda COVID-19 virusunun müəyyən edilməsi üçün istifadə edilən testlərin çatışmazlığı barədə yayılan məlumatlara münasibət bildirib.
TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Teleqraf.com-a bildirib ki, ölkədə test çatışmazlığı yoxdur.
Onun sözlərinə görə, testlərin götürülməsinə məsul olan qurumlara kifayət qədər test təqdim olunur.
Qeyd edək ki, sosial şəbəkədə bəzi poliklinikaların COVID-19-a yoluxmada şübhəli xəstələr tərəfindən edilən çağırışlara getmədiyi və buna səbəb kimi testin olmadığı bildirilir.
Hazırda Bakıda COVID-19 virusuna yoluxmada şübhəli bilinən xəstələrdən test analizləri yerli poliklinikalar tərəfindən götürülür. Pandemiya ilə əlaqədar poliklinikaların işinə nəzarət etmək səlahiyyəti Səhiyyə Nazirliyinə həvalə edilib.