8 Avqust 2020 11:36
825
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai nəqliyyatda təbii ki, sıxlıq var. Bir aydan çoxdur metro bağlıdır və gün ərzində metro ilə gedən 600 mindən çox sərnişinin avtobuslarda daşınması sıxlığa səbəb olub.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bu gün sıxlığın azaldılması üçün xəttə əlavə avtobuslar buraxılır. Təlimat verilib ki, qarajlarda istifadə olunmayan avtobus qalmasın. Lakin səhər və axşam saatlarında avtobuslarda daha çox sıxlıq olur.

Əgər insanlar tələsmirlərsə, xahiş edirik ki, pik saatlarda ictimai nəqliyyatdan istifadə etməsinlər. Belə olan halda nə sıxlıq görəcəyik, nə də virusa yoluxma halları artacaq. Nəzərə alaq ki, avtobus sayını artırmaqla, virusa yoluxmanı azalda bilmərik".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər