16 Avqust 2020 00:14
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada koronavirusa yoluxan və ölənlərin sayı kəskin artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son sutka ərzində rekord sayda yoluxma halı qeydə alınıb. Belə ki, 294 237 nəfərdə COVİD-19 virusu aşkarlanıb, 9 985 nəfər isə vəfat edib.

Qeyd edək ki, ümumilikdə isə indiyə qədər dünyada 21 miyondan çox insan koronaya yoluxub.


Müəllif: Teleqraf.com