Ədliyyə Nazirliyi inzibati binada baş verən yanğınla bağlı açıqlama yayıb.
Nazirlikdən Teleqraf.com-a daxil olan məlumatda deyilir:
"Bu gün səhər 11 radələrində Ədliyyə Nazirliyinin inzibati binasında 12 kv.m sahəli otaqda qısa qapanma nəticəsində yanğın hadisəsi baş verib. Nazirlikdə quraşdırılmış yanğın siqnalizasiya sistemi dərhal işə düşüb, daxili yanğından mühafizə avadanlığı istifadə olunmaqla yanğın təxirəsalınmadan söndürülüb.
Eyni zamanda FHN-nin Dövlət Yangından Mühafizə Xidməti dərhal hadisə yerinə gəlib.
Xəsarət alan yoxdur, sənədlərə və avadanlığa ziyan dəyməyib. Hadisənin nazirliyin iş agənginə heç bir təsiri olmayıb".