14 Sentyabr 2020 12:03
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deputatı olduğu 60 saylı Salyan-Neftçala seçki dairəsi ərazisindən universitetlərə yüksək balla qəbul olunan tələbələrlə görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkilinin özü bildirib.

Deputat deyib ki, 2020 - 2021 ci tədris ili üçün ali məktəblərə qəbul imtahanında yüksək nəticə əldə edən və tələbə adını uğurla qazanan istedadlı gənclər sırasında millət vəkili olduğum 60 saylı Salyan-Neftçala seçki dairəsinədən Parça Xalac tam orta məktəbinin məzunu Məhərrəmova Aytac Cəmil qızı III qrup üzrə 642,7 bal, Kürsəngi kənd tam orta məktəbinin məzunu Suleymanov Abdulla Feyzulla oğlu III qrup üzrə 620,7 bal, Yeni Uluxanlı kənd tam orta məktəbinin məzunu Mürsəlova Gülceyran Şahin qızı I qrup üzrə 616,2 bal, Aşağı Noxudlu kənd tam orta məktəbinin məzunu Sadıqova Ləman Şahmar qızı III qrup üzrə 602,5 bal toplayıb.

Yüksək bal toplayaraq doğmaları və müəllimlərini sevindirən tələbələri təbrik edən F.Ağamalı əmin olduğunu bildirib ki, onlar ölkəmizin inkişafında öz töhfələrini verəcək:

“Qeyd edim ki, yaxın günlərdə seçicilərimlə planlaşdırdığım görüşlərdə tələbələrə xüsusi zaman ayıracağam”.


Müəllif: Cavad