Nazirlər Kabineti “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarında dəyişiklik edib.
Teleqraf.com-un məlumatına görə, Baş Nazir Əli Əsədovun imzaladığı müvafiq Qərara əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər”ə aşağıdakı məzmunda 8.4-cü bənd əlavə edilir:
“8.4. Dövlət orqanının internet informasiya ehtiyatında dövlət dili normalarına riayət olunması təmin edilməlidir.”.