24 Sentyabr 2020 15:32
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Televiziyasında (AzTV) tanınmış teleaparıcı Nərgiz Cəlilovaya yeni vəzifə həvalə olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə AzTV-nin Sosial Media və İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.

Bildirilib ki, teleaparıcı dövlət televiziyasında Aparıcılar qrupunun bədii rəhbəri vəzifəsinə təyin olunub. N.Cəlilova bununla yanaşı, AzTV-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasındakı kafedra müdiri vəzifəsində də fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, N.Cəlilova 1983-cü ildə Azərbaycan Dövlət Televiziyasında işə başlayıb. Daha sonra o, müxtəlif televiziyalarda aparıcı, prodüser və digər vəzifələrdə çalışıb.


Müəllif: Teleqraf.com