3 May 2014 12:13
2 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bağır Fətullayev 13 aprel 2012-ci ildə Akademiyada mühüm posta təyin olunmuşdu

Sabiq müdafiə naziri Səfər Əbiyevin 2012-ci il 13 aprel tarixli əmri ilə Silahlı Qüvvələrinin Akademiyasının bölmə rəisi vəzifəsinə təyin olunan general Bağır Fətullayev bir neçə gün öncə Rusiyaya qaçıb. Bu barədə Teleqraf.com-a hərbi ekspert Üzeyr Cəfərov məlumat verib.

B.Fətullayev 2012-ci ilə qədər Rusiya Silahlı Qüvvələrində çalışıb. Onun birdən-birə Azərbaycan Silahlı Qüvvələrində mühüm posta təyin edilməsi müzakirə və narahatlıqlara səbəb olmuşdu. Qeyd olunurdu ki, Qarabağ müharibəsi dönəmində - vətənin taleyi sual altında olduğu bir vaxtda Azərbaycan üçün vuruşmaqdansa, ruslara xidmət etməyi üstün tutan birisinin rəhbər vəzifəyə gətirilməsi arzuolunan deyil.

Ü.Cəfərov bildirib ki, sabiq müdafiə naziri S.Əbiyevin iradəsindən kənar hansısa "gözəgörünməz" qüvvələr Rusiya SQ-nin generalı Bağır Fətullayevi birbaşa MN-nin Hərbi Akademiyasına xidmətə yerləşdirmişdilər: "Bu yaxınlarda, onunla MN-nin rəhbər şəxslərindən biri arasında baş verən münaqişədən sonra, general Bağır Fətullayev heç kimə demədən, icazəsiz Moskva şəhərinə getmişdir. Və may ayının 2-nə kimi xidmət yerinə qayıtmamışdır. Bu gün Azərbaycan SQ-nin ən məxfi məlumatlarına malik olan bəzi yüksək postları tutan şəxslər də vardır ki, onların ailəsi Rusiya Federasiyasının Moskva, Sank Peterburq və digər şəhərlərində yaşayırlar".

Ruslan


Müəllif: