24 Oktyabr 2020 17:37
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub.

Teleqraf.com xəbər verir ki, saat 10 radələrində erməni silahlı qüvvələri tərəfindən Tərtər rayonunun Kəbirli kəndinə raket atılması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olub.

Teleqraf Mefia Qrupunun Qarabağ bürosu həlak olan məktəblinin fotosunu əldə edib.


Müəllif: Teleqraf.com