30 Oktyabr 2020 22:29
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin iyulunda Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində hücum cəhdi zamanı şəhid olmuş general-mayor Polad Həşimovun adı İstanbulda əbədiləşdiriləcək.

Teleqraf.com xəbər verir ki, onun adı Şəhid Adil Doğan adına məktəbin kitabxanasına veriləcək.

Layihə İstanbul Universitetində təhsil alan azərbaycanlı tələbələrin yaratdığı İstanbul Universiteti Qardaşlıq və Həmrəylik Cəmiyyətinin üzvlərinin təşəbbüsü və Beykoz rayon rəhbərliyinin dəstəyi ilə reallaşıb. Kitabxananın açılışı noyabrın 9-da baş tutacaq.


Müəllif: Teleqraf.com