Sentyabrın 1-nə olan məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 0,8 faiz artaraq 9552,5 min nəfərə çatıb. Əhali sıxlığı bir kvadratkilometrə 110 nəfər olub.
Dövlət Statistika Komitəsindən Teleqraf.com-a bildirilib ki, şəhər əhalisinin xüsusi çəkisi 53,2 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,8 faiz təşkil edir. Onların 49,7 faizi kişilərdən, 50,3 faiz qadınlardan ibarətdir.
Əhalinin 22,4 faizi 14 yaşınadək, 71,8 faizi 15-64 yaşda, 5,8 faizi isə 65 və yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə 1011 qadın düşür.