15 Dekabr 2020 00:40
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son çıxışında Əhməd Cavadın şeirinə müraciət edib.

Teleqraf.com “Haber Global”a istinada xəbər verir ki, Türkiyə Prezidenti bu dəfə “Ey Əsgər” şeirini səsləndirib.

“Qafqaz İslam Ordusunu Bakıya 18 kilometr məsafədəki Güzdəkdə qarşılayan Azərbaycan himninin yazarı Əhməd Cavad hisslərini bu formada misralara töküb:

Dağa, daşa sancağını öpdürüb,

Duman kimi bu dağları bürüdün.

Dənizlərə salam rəsmi yapdırıb,

Göylərdəki bulud kimi yürüdün.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə.

Qardaşlığın fərmanına baş əyib,

Məzlumların imdadına yetişdin.

Qaranlıqda iman sənə yol açdı,

Sən o yoldan muradına irişdin.

Yürü, yürü batan günün izinə,

Gülümsəyir doğan günəş üzünə”, - deyə Ərdoğan qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər