29 Yanvar 2021 11:40
310
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir namizəd imtahana gələrkən bəyannamə imzalayır ki, o xəstə deyil.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, imtahana gələn şəxsdən bu bəyannamə tələb olunacaq.

DİM sədri əlavə edib ki, ötən il qabiliyyət imtahanları keçirilməmişdi: "Bu il qabiliyyət imtahanlarının keçirilməsini nəzərdə tutmuşuq. Epidemioloji vəziyyət qabiliyyət imtahanlarının keçirilməsinə imkan verməsə, bu il də müəyyən ixtisaslarda qabiliyyət imtahanları təşkil edilməyəcək"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər