1 Mart 2021 11:22
358
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı, Sumqayıt və Abşeronda mənzillə təmin olunmayan heç bir şəhid ailəsi qalmayacaq. Proses həm də regionlarda öz həllini tapacaq. Bu il mənzil təminatı yalnız şəhid ailələri və müharibə əlillərini əhatə etməyəcək, valideyn himayəsindən məhrum olmuş internat məzunlarını, gözdən əlil və digər şəxsləri də əhatə edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

S.Babayev qeyd edib ki, postmüharibə dövründə şəhid ailələrinin 99%-i bütün sosial ödənişlərlə təmin olunublar:

“Yaralıların 90%-i evlərində ziyarət olunub, 1 220 reabilitasiya vasitələri onlara təqdim olunub. 15 amputasiyası olan hərbçilərə ən müasir protezlər təqdim edilib”.

Nazirin sözlərinə görə, bu il əmək münasibətinin tənzimlənməsi üçün islahatlar davam etdiriləcək, əmək müqavilələrinin sayı artırılacaq, əməkhaqqı fondunun artırılması üçün stimullaşdırıcı tədbirlər görüləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər