3 Mart 2021 11:39
1 344
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Hacı Nuran xalq artisti Fəxrəddin Manafovun həyat yoldaşı Vahidə Sadıqovanın vəfat etməsindən danışıb.

Hacı Nuran Teleqraf.com-a açıqlamasında Vahidə Sadıqovanın onu mənəvi oğlu qəbul etdiyini deyib:

"Çox yaxşı insan idi. Mənim təkidimlə xəstəxanaya yerləşdirdik. Bir ay idi xəstəxanada müalicə alırdı. Vaxtilə səhhəti çox yaxşı olub, gümrah insan idi. Birdən-birə halı pisləşdi. Uşaqlıqdan pərəstiş etdiyimiz diktor idi. Mən onların mənəvi oğlu sayılıram.

Xəstəliyini özü bilmirdi. Ona dedim ki, xəstəxanaya gedək, müayinələrdən keçin, görək səhhətinizdə nə problem var. Vahidə xanım da dedi ki, yalnız Hacı Nuran məni xəstəxanaya aparsa, razı olaram. Xəstəxanaya getdik, müayinədən keçdi. Xərçəng xəstəsi olduğunu özü bilmirdi. Son sözü o oldu ki, sağalacam, məni Hacı Nuran xəstəxanadan çıxaracaq.

Xəstəxanada qalmaq istəmirdi. Hər zaman Fəxrəddin müəllimə dəstək olurdu və onu çox sevirdi. Danışmaq çox çətindir. Böyük itkidir..."

Qeyd edək ki, Vahidə Sadıqova bu gün səhər saatlarında xərçəng xəstəliyindən vəfat edib.

Foto: Pərviz Həşimi


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər