Cənubi Afrika və Çində minlərlə saxta COVID-19 vaksini aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, İnterpolun Cənubi Afrika və Çində apardığı araşdırmalar nəticəsində 5 min 400 doza saxta vaksinin ələ keçirildiyini açıqlayıb.
İnterpolun açıqlamasına görə, Cənubi Afrikanın Germiston şəhrində 2 400 doza saxta COVID-19 vaksini aşkarlanıb. Əməliyyat nəticəsində 3 Çin və 1 Zambiya vətəndaşı nəzarətə götürülüb.
Eyni zamanda Çində aparılan əməliyyatda 3 000 doz saxta vaksin aşkarlanıb, 80 nəfər nəzarətə götürülüb.
İnterpol qeyd edib ki, indiyədək dünyada heç bir vaksinin onlayn satışına icazə verməyib.