9 Mart 2021 15:54
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması üçün aidiyyatı üzrə müraciət edilib.

Teleqraf.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.

Hesabatda bildirilir ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslarü zrə təxminən 270-280 tələbə qəbul olunur.

Ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.


Müəllif: Teleqraf.com