Novruz bayramı təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Bu bayram yazın gəlişini simvolizə edir, təbiətin, həyatın oyanması Novruzdan başlanır.
Azərbaycan xalqı bunu çox təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır.
Novruz bayramı qədim ənənələrlə zəngindir. Tonqallar qalanar, uşaqlar papaq atar, qızlar qulaq falına çıxarlar.
Məşhurlar Teleqraf TV-yə Novruz adət-ənənələrindən danışıblar.
Əməkdar artist Şölə Səfərəliyeva və müğənni Günel Ələkbərovanın maraqlı etiraflarını təqdim edirik: