ÜST-nin Azərbaycan Nümayəndəliyi jurnalistlər üçün COVID-19-a dair informativ bələdçini Azərbaycan dilinə tərcümə edərək dərc edib.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, bələdçidə ÜST-ün COVID-19 pandemiyası və peyvəndləri ilə bağlı professional xəbər hazırlanması, həmçinin bu zaman jurnalistlərin özlərini necə qoruya biləcəyinə dair tövsiyələrə yer verilib.
Tövsiyələrdə qeyd edilir ki, mətbuat COVID-19 pandemiyasına qarşı mübarizədə ictimai səhiyyənin önəmli aktyorudur. Media insanları mövcud risklərə dair məlumatlandıra və həyat xilas edən kollektiv davaranışları təbliğ edə bilir.
Tövsiyələr Avropa İttifaqının maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” layihəsi çərçivəsində hazırlanıb.