7 Aprel 2021 18:50
356
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyənin müdafiə nazirləri Zakir Həsənov və Hulusi Akarın videoformatda görüşü keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, türkiyəli nazir iki ölkənin tarixi və mədəni baxımından bir-birinə bağlı olduğunu, keçmişdə olduğu kimi bu gün də bir-birinin yanında olduğunu bildirib.

Azərbaycan ordusunun 44 günlük Qarabağ zəfərinə toxunan H.Akar “Bir millət, iki dövlət” prinsipinə Qarabağın azad olunmasında da sadiq qalındığını, bunu bütün dünyanın gördüyünü bildirib: “Türkün yumruğu erməninin başına endi. 30 ildən bəri davam edən haqsızlıq, oradakı qardaşlarımızın sıxıntıları çok şükür ki, sona çatdı. Buradaki qalibiyyət tarixə qızıl hərflərlə yazılacaq”.

Qazanılmış qəbələ münasibəti ilə Azərbaycanın bir daha təbrik edən H.Akar deyib ki, Azərbaycan ordusunun dövrün tələblərinə uyğun yenidən qurulması, modernizasiya edilməsi və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcəkdə də birlikdə fəaliyyət göstərməsi üçün “Yol xəritəsi” hazırlanıb və reallaşdırılmasına başlanılıb.


Müəllif: Teleqraf.com