Almaniya Bundesveri öz kontingentinin Əfqanıstandan çıxarılmasını sürətləndirmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, qoşunların çıxarılmasının əvvəl nəzərdə tutulan müddəti qısaldılacaq. Generallar əməliyyatı iyulun 4-dək bitirməyi planlaşdırırlar. Berlində hesab edirlər ki, əgər amerikalılar getsələr, o halda alman kontingenti ölkəni tezliklə tərk etməli olacaq. Şəxsi heyət və yüksəkdəqiqliyə malik qurğular Məzari-Şərifdəki alman bazasından çıxarılmalıdır.
Bundesverin inventarı sayılan materialların hamısı çıxarılmayacaq. Yaşayış konteynerləri, mülki avtomobillər və hərbi təyinatlı olmayan digər ləvazimatlar saxlanılacaq. Kabildə yerləşən hərbi hospital son günədək fəaliyyət göstərəcək.