7 May 2021 10:33
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müalicə olunduğu xəstəxanada vəfat edən Azərbaycanın Xalq artisti Arif Quliyevin nəşi ailəsinə təhvil verilib.

Teleqraf.com-un xəbərinə görə, mərhumun cənazəsi Yasanal rayonundakı yaşadığı evə gətirilib.

Vida mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları iştirak edirlər.

Xatırladaq ki, koronavirusa yoluxmuş Xalq artisti "Yeni klinika"nın reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onun ağ ciyərinin 90 faizi zədələndiyi üçün bir neçə gün idi süni tənəffüs aparatına qoşulmuşdu.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər