15 May 2021 10:28
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Nadir Bayramov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd sellofan torbada, narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.


Müəllif: Teleqraf.com