Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib.
Teleqraf.com xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.
O qeyd edib ki, qatar istifadəyə tam hazırdır: "Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib".
Natəvan Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib: "Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytımızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik".